Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:47

-

Myanmarda Çinlə sərhəddə hökumət qüvvələri ilə etnik Kokanq yaraqlıları toqquşub, 47 əsgər həlak olub, 73 nəfər yaralanıb.

Dövlət mediası fevralın 13-də məlumat yayıb ki, son günlər ərzində 13-dən çox toqquşma baş verib.

Yaraqlıların itkisi barədə məlumat yoxdur.

Rəsmilər bildirir ki, toqquşmalardan Çinin də məlumatı var. Çünki dinc sakinlər sərhədin o tayına keçməyə cəhd edə bilərlər.

Kokanq yaraqlıları keçmiş Birma Kommunist Partiyasının əsas qüvvəsi idi. 1989-cu ildə hakimiyyətdə olan xunta ilə atəşkəs imzalanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG