Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:06

Müsəlman tələbələr dəfn olundu


Deah Barakat (soldan), Yusor Abu-Salha və Razan Abu-Salha

Deah Barakat (soldan), Yusor Abu-Salha və Razan Abu-Salha

-

ABŞ-ın Şimali Karolina ştatında bu həftə güllələnmiş 3 müsəlman tələbə dəfn olunub. Dəfnə minlərlə adam qatılıb.

23 yaşlı Deah Shaddy Barakat və 21 yaşlı Yusor Mohammad Abu-Salha yenicə ailə qurmuşdular. Onlar, Yusor-un 19 yaşlı bacısı Razan Mohammad Abu-Salha ilə birlikdə fevralın 10-da güllələniblər.

Qonşuları, 46 yaşlı Craig Stephen Hicks qətldə ittiham olunaraq saxlanıb. İlkin səbəb parkinqə görə mübahisə göstərilir. Ancaq müstəntiqlər dini nifrət amilini araşdırırlar.

Hicks facebook səhifəsində özünü qatı ateist kimi təsvir edib, xristianlığı, islamı tənqid edən postlar yerləşdirib.

Qurbanların ailələri isə hücumu dini motivli sayır və nifrət cinayəti kimi araşdırılmasını istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG