Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:31

Senat Ashton Carter-in namizədliyini təsdiqlədi


Ashton Carter Barack Obama ilə
Ashton Carter Barack Obama ilə

-

ABŞ Senatı Ashton Carter-i müdafiə naziri postuna namizədliyini təsdiqləyib.

Sələfi Chuck Hagel bu postu 2014-cü ilin noyabrında tərk edib. İslamçı döyüşçülər, Ukrayna münaqişəsi və Suriya müharibəsi məsələlərində onun Ağ Evlə fikir ayrılığı yaranıb.

Carter-in yeni vəzifədə əsas işlərindən biri "İslam Dövləti" ekstremist qruplaşmasına qarşı güc tətbiqinə dair qanun layihəsinə dəstək olacaq. Layihəni Prezident Barack Obama təqdim edib. Sənəd həm respublikaçılar, həm də demokratlar tərəfindən tənqidlə qarşılanıb.

Carter-in namizədliyini Obama verib. Senatdan sonra prezident onu vəzifəyə təsdiqləməlidir.

2011-2013-cü illərdə Carter Pentaqon rəhbərinin birinci müavini işləyib

Hakimiyyətdə olduğu 6 il ərzində Obama dördüncü müdafiə naziri dəyişir.

XS
SM
MD
LG