Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:06

-

Dünya Bankı fevralın 12-də bildirib ki, 2015-ci ildə Ukraynaya 2 milyard dollar yardım edəcək. Bu yardım yoxsullara kömək, islahatlara dəstək və korrupsiya ilə mübarizə üçün nəzərdə tutulur.

Qurum bildirir ki, bu məbləğ beynəlxalq ictimaiyyətin yardım paketinin bir hissəsidir.

"Ukraynanın hərtərəfli islahatlara başlaması çox vacibdir," Dünya Bankının prezidenti Jim Yong Kim bəyanatında deyib.

Fevralın 12-də Beynəlxalq Valyuta Fondu Ukraynana 4 illiyə 17.5 milyard dollar borc veriləcəyini bəyan edib.

Ümumilikdə isə Ukrayna 4 il ərzində Dünya Bankı da daxil olmaqla, digər mənbələrdən 40 milyard dollar yardım alacaq.

Ötən il Ukrayna valyutası 50 faiz düşüb, iqtisadiyyatı 7.5 faiz azalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG