Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:10

AB liderləri yeni antiterror tədbirləri razılaşdırır


Parisdə məscidi polis qoruyur

Parisdə məscidi polis qoruyur

-

Avropa Birliyi liderləri ölkələrini terrorçuluqdan daha yaxşı qorumaq üçün bir sıra tədbirlərlə bağlı razılığa gəliblər. Fevralın 12-də Brüsseldə AB-nin qeyri-rəsmi sammitində bu razılığa gəlinib.

AB liderləri ötən ay Fransaya terror hücumundan sonra hərəkətə keçib. Razılaşdırılan tədbirlər sırasına təyyarə sərnişinləri barədə məlumatların paylaşılması, sərhəd nəzarətinin gücləndirilməsi, terrorçuluq və ekstremizm yayan İnternet materialının aşkarlanıb pozulması daxildir.

"Fikir və inancından asılı olmayaraq bütün vətəndaşların qorxusuz yaşamaq hüququ var," AB liderləri birgə bəyanatda deyib. "Vahid dəyərlərimizi hifz edəcək, hamını etnik, dini, irqi zorakılıqdan qoruyacağıq".

Yanvarın 7-9-da Parisdə terror hücumlarında 17 nəfər həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG