Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:59

AB Ukrayna sülh sazişinə ehtiyatla yanaşır


Donetskdən görüntü, 12 fevral

Donetskdən görüntü, 12 fevral

-

Avropa Birliyi liderləri Ukraynanın şərqində sülhə dair sazişə ehtiyatla yanaşır. Fevralın 12-də Brüsseldə görüşən AB liderləri xəbərdarlıq ediblər ki, Moskvaya sanksiyaların məhdudlaşdırılması üçün atəşkəsə hörmət qoyulmalıdır.

Fransa prezidenti Francois Hollande deyib ki, "Ukraynada sülhün bərqərar olması naminə təzyiqin saxlanması çox vacibdir." Hollande açıqlamanı Minskdən qayıdandan sonra verib.

Minskdə əldə olunmuş saziş atəşkəs, ağır silahların çəkilməsi və Ukraynanın şərqinə geniş muxtariyyət nəzərdə tutur.

"Bizim Prezident Vladimir Putinin xoş niyyətinə inamımız məhduddur. Ona görə də sanksiyalar barədə qərarımızı saxlamalıyıq," AB prezidenti Donald Tusk deyib.

AB fevralın 16-dək daha 19 rusiyalı, ukraynalı separatçı və 9 müəssisəsinin hesablarını dondura, viza qadağasını uzada bilər. Ancaq bu son sülh sazişinin necə yerinə yetiriləcəyindən asılıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG