Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:24

ABŞ-ın yeni səfiri Azərbaycana gəldi


Robert Cekuta
Robert Cekuta

ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş səfiri Robert Cekuta fevralın 12-də Bakıya gəlib.

AzərTAc xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərlə görüşən R.Sekuta Bakıda olmağından məmnunluğunu bildirib.

Diplomat deyib ki, etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edəndən sonra səlahiyyətlərinin icrasına başlayacaq.

Azərbaycan haqqında məlumatlı olduğunu bildirən səfir qeyd edib ki, diplomatik missiyası dövründə ölkələrimiz arasında anlaşma və qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə səy göstərəcək.

XS
SM
MD
LG