Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:16

Jurnalistləri Müdafiə Komitəsi Emin Hüseynovla bağlı bəyanat verdi


Emin Hüseynov
Emin Hüseynov

Qərargahı Amerikada yerləşən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini jurnalist, media azadlığı müdafiəçisi Emin Hüseynovla bağlı cinayət işini ləğv etməyə, ona təzyiqdən, həbsdən ehtiyat etmədən işləmək, səyahət etmək imkanı yaradılmasına çağırıb.

Təşkilat E.Hüseynovun barəsində qanunsuz sahibkarlıq və vergidən yayınma ittihamları ilə həbs qərarının verildiyini, İsveçrə səfirliyində sığınacaq tapdığını xatırladır və bildirir ki, Azərbaycan hökuməti onu tənqid edənləri belə ittihamlarla susdurmağa çalışır.

Təşkilatın Avropa və Mərkəzi Asiya Proqramının koordinatoru Nina Ognianova deyib ki, jurnalist və insan haqları müdafiəçisinin xarici ölkə səfirliyinə sığınmağa məcbur olması Azərbaycan üçün utancvericidir.

XS
SM
MD
LG