Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:39

ABŞ-la Azərbaycan müxtəlif sahələrdə əməkdaşlıq edir. Enerji təhlükəsizliyinin qorunması bu sahələrdən biridir”.

APA-nın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi Amos Hochsteinin deyib.

O Cənubi Qaz Dəhlizi layihəsinin Azərbaycan və Avropanın enerji təhlükəsizliyini gücləndirəcəyini bildirib: “Səfər çərçivəsində bununla bağlı müzakirələr aparmışıq. Son vaxtlar baş verən olaylar onu göstərir ki, Avropada enerji təhlükəsizliyinin qorunması və bu işə təkan verilməsi əhəmiyyətli məsələyə çevrilib. Bir sıra Avropa ölkələri üçün enerji təhlükəsizliyi bəzən iqtisadi və ya milli təhlükəsizlik deməkdir”.

Amerikalı diplomat qeyd edib ki, yeni boru xətləri və marşrutların açılması ilə başqa bir məqam gündəmə gəlir:

“Bu məqam Azərbaycan qazının Avropa ölkələrinə çatdırılmasıdır. Yəni təchizat baxımından da şaxələnmə olmalıdır. Biz Azərbaycanın bu sahədə layihə, təşəbbüs və yanaşmalarına müsbət yanaşırıq”.

Günün bütün mövzuları

XS
SM
MD
LG