Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:44

XİN Emin Hüseynovun İsveçrə səfirliyində gizləndiyini bildirir


Emin Hüseynov

Emin Hüseynov

-

Xarici İşlər Nazirliyi İsveçrə səfirliyində gizlənən Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynovla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirir ki, Baş Prokurorluq Emin Hüseynov barəsində Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.2-ci maddələrində nəzərdə tutulan ittiham elan edib. Eyni zamanda, ötən il avqustun 19-da məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilib.

Məlumatda o da deyilir ki, Emin Hüseynov ictimai birliyin sədri kimi “qeydiyyata alınmayan qrant müqavilələri üzrə qanunsuz sahibkarlıq fəaliyyəti göstərib. Bundan başqa, onun 1 milyon 575.956 manat məbləğində külli miqdarda gəlir əldə etdiyi halda dövlət büdcəsinə ödənilməli olan 247.551 manat məbləğində vergiləri ödəməkdən yayınıb.

“Ötən ilin iyunundan Emin Hüseynovun ünvanına dəfələrlə çağırış vərəqələri göndərilməklə istintaqa dəvət edilsə də, qaçaraq İsveçrə Konfederasiyasının Azərbaycandakı Səfirliyində gizlənib.

Azərbaycan Konstitusiyasına əsasən hər bir vətəndaşın təqsirsizlik prezumpsiyası hüququ vardır.

Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir” deyə məlumatda bildirilir.

Fevralın 11-də İsveçrə televiziyası jurnalist və hüquq müdafiəçisi Emin Hüseynovun Bakıdakı İsveçrə səfirliyinə sığınması barədə məlumat yayıb. Faktı Milli SRF Telekanalında yayımlanan «Rundschau» verilişi ortaya çıxarıb. «Foreign Policy» dərgisi isə yazır ki, Bakıdakı ABŞ səfirliyi «amerikalı hərbçi xanımla evli olan Hüseynovun müdafiəsindən imtina edib».

İFEX təşkilatı isə onun haqqında cinayət işinin ləğv edilməsi, ölkədən çıxmasına icazı verilməsi üçüm Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, YUNESKO-nun baş direktoru İrina Bokovaya, BMT-nin insan hüquqları üzrə Ali Komissarı Zeyd Raad Əl-Hüseynə və BMT-nin söz azadlığı məsələləri üzrə xüsusi məruzəçisi Devid Keyuya müraciət edib.​

XS
SM
MD
LG