Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:31

Türkiyə prezidenti Recep Tayyip Erdogan Kuba rəhbərliyindən bu ölkədə məscid tikintisinə icazə verilməsini xahiş edib.

Prezidentin rəsmi saytının məlumatına görə Erdogan Havanaya səfəri zamanı bu məsələnin həllinə çalışacaq.

Erdoganın Kubadan hansı cavab alacağı hələlik bilinmir.

Kuba 1992-ci ilədək rəsmi olaraq ateist ölkə olub, baxmayaraq ki, əhalisinin əksəriyyəti özünü katolik sayır.

Bu ölkədə cəmi bir neçə min müsəlman yaşayır.

Erdogan ötən ilin noyabrında bəyan edib ki, Amerikanı Christopher Columbdan əvvəl müsəlmanlar kəşv edib və buna sübut var.

Onun sözlərinə görə italiyalı tədqiqatçı 1442-ci ildə Amerikada bir adaya gələndə, orda məscidin uçmuş komasını aşkar edib və sonradan həmin yerin Kuba olduğu bəlli olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG