Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:18

Gürcüstanda məmur rüşvətə görə həbs olundu


Tbilisimeriyasının yüksək səlahiyyətli məmuru korrupsiya ittihamı ilə həbs edilib.

Daxili işlər nazirliyinin məlumatına görə, meriyanın administrasiya xidmətinin rəhbəri Jokia Bodokia hotel tikintisinə icazə əvəzində bir şirkətdən 50 min dollar rüşvət almaqda şübhəli bilindiyinə görə həbs olunub.

Nazirlik bu məlumatı fevralın 11-də yayıb.

Şəhər meri Davit Narmania işin obyektiv araşdırılması üçün istintaqla əməkdaşlıq edəcəyini deyib.

Baş nazir İrakli Garibashvili fevralın 12-də hökumət iclasında tezliklə ölkədə korrupsiyanın kökünün kəsiləcəyini bildirib.

XS
SM
MD
LG