Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:31

-

Mədəniyyət və Turizm Nazirliyi 2014-2015-ci illər üzrə yüksək bədii və sənətkarlıq keyfiyyətlərinə malik ədəbi əsərləri dəyərləndirmək, təbliğ etmək, istedadlı ədiblərin səmərəli yaradıcılıq axtarışlarına zəmin yaratmaq məqsədilə «Qızıl Kəlmə» Ədəbi Mükafatını elan edib.

Mükafata aşağıda göstərilən ədəbi janrlarda yaradılmış, son 2 ildə kitab və ya jurnalda çap edilmiş əsərlər təqdim olunur.

Mükafata təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur.

Mükafat iki ildən bir may ayının ilk ongünlüyündə verilir.
Mükafat rəmzi simvol (döş nişanı), diplom və pul mükafatından ibarətdir.

Namizədlərin irəli sürülməsinə dair elan mətbuatda dərc edildikdən sonra yaradıcılıq təşkilatları, nəşriyyat, redaksiyalar və əvvəllər Mükafata layiq görülmüş şəxslər namizəd irəli sürə bilərlər.

Bir təşkilat, şəxs Mükafata hər nominasiya üzrə yalnız bir namizəd təqdim edə bilər.

Müsabiqənin şərtləri və lazım olan sənədləri burada Nazirliyin saytından götür.

XS
SM
MD
LG