Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:45

Əli Həsənov siyasi partiyalarla görüşün nəticələrindən danışıb


Əli Həsənov

Əli Həsənov

“Siyasi partiyalarla görüşdə tərəfləri maraqlandıran bütün məsələlər müzakirə olundu və partiya sədrləri öz fikirlərini ortaya qoydu. Əlbəttə, fərqli fikirlər də oldu, amma ümumi razılaşma ondan ibarət oldu ki, bu cür görüşlər davam etsin”.

Bunu Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün bir sıra müxalifət partiyalarının rəhbərləri ilə görüşün nəticələrini şərh edərkən deyib.

Şöbə müdiri qeyd edib ki, bundan sonra iki aydan bir bu formatda görüşlər keçiriləcək və xalqı, hakimiyyəti, daxili və xarici institutları narahat edən məsələlər əvvəldən razılaşdırılmış şəkildə müzakirəyə çıxarılacaq.

Əli Həsənov qeyd edib ki, bu görüşlərdə bütün partiyalar iştirak edə bilər, düzdür bir neçə partiya bəlli səbəbdən bugünkü görüşdə iştirak etməyib, hansı ki, onlara dəvət göndərilmişdi, amma gələcəkdə onlar da qatılacaq və qapılar hamıya açıqdır.

Əli Həsənov bildirib ki, Azərbaycan hakimiyyəti istəyir ki, ölkədəki bütün institutlar, QHT-lər, siyasi təşkilatlar və mətbuat orqanları dövlət siyasətinin formalaşması və həyata keçirilməsində iştirak etsin, Azərbaycanda şəffaf cəmiyyət olsun və siyasi islahatlar davam etdirilsin.

Bu baxımdan belə görüşlər vacibdir-deyə o vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG