Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:03

Minsk sammitində razılıq əldə olunub


Vladimir Putin, Angela Merkel, Francois Hollande və Petro Poroshenko

Vladimir Putin, Angela Merkel, Francois Hollande və Petro Poroshenko

Rusiya prezidenti Vladimir Putin Ukrayna böhranı ilə bağlı Minsk sammitində razılıq əldə olunduğunu deyir.

Onun sözlərinə görə, razılaşmada fevralın 15-dən atəşkəs elan edilməsi və ağır silahların münaqişə zonasından çıxarılması nəzərdə tutulur.

Ukrayna prezidenti Petro Poroshenko bildirib ki, ağır silahların münaqişə zonasından çıxarılmasına atəşkəsin qüvvəyə minməsindən 2 gün sonra başlanacaq.

O həmçinin ukraynalı pilot Nadia Savchenkonun azad edilməsi ilə bağlı razılıq əldə olunduğunu deyib.

Fransa prezidenti Francois Hollande isə sammitdən sonra Ukrayna böhranı ilə bağlı qlobal siyasi razılaşma əldə olunduğunu deyir.

Minsk sammitində Ukrayna prezidenti Petro Poroshenko, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Francois Hollande və Almnaiyanın kansleri Angela Merkel iştirak edirlər.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 5300-dən çox adam ölüb.

ABŞ və Avropa Birliyi Rusiyanı Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır.

Rusiya isə ittihamı rədd edir və bu münaqişəyə görə,Kiyevlə Qərbi günaglandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG