Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 22:56

Poroshenko deyir "yaxşı xəbər yoxdur"


Petro Poroshenko fevralın 12-də Minskdə
Petro Poroshenko fevralın 12-də Minskdə

-

Ukrayna prezidenti Petro Poroshenko Minsk danışıqlarında fasilədə jurnalistlərə deyib ki, "yaxşı xəbər yoxdur" və Rusiyanın danışıqlarda mövqeyi qəbuledilməzdir.

Poroshenko, Vladimir Putin, Angela Merkel və Francois Hollande 14 saatdır Ukraynanın şərqində münaqişənin həllinə dair danışıqlar aparır.

"Mənə təklif olunan şərtlər qəbuledilməzidir. Danışıqlar davam edir, həmişə ümid var," deyən Poroshenko detallara varmayıb.

Ukrayna prezidenti əlavə edib ki, vəziyyət "çətindir," ancaq Merkel və Hollande "bizə çox kömək edirlər".

Münaqişə zonasında apreldən bəri 5 min 350-dən çox adam ölüb.

XS
SM
MD
LG