Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:18

Güc strukturları 10 faizlik ixtisara başlaya bilər


Rusiyada hökumət iclası

Rusiyada hökumət iclası

-

Hökumət hüquq-mühafizə orqanlarına təklif edib ki, ya əməkhaqlarını azaltsın, ya da əməkdaşlarının 10 faizini ixtisar etsin. Məqsəd büdcə xərclərini azaltmaqdır. Bu barədə "Kommersant" yazıb.

Federal Təhlükəsizlik Xidməti (FSB) də istisna deyil. Mənbə qəzetə deyib ki, ixtisara əvvəlcə zabitlər deyil, texniki xidmətlərin mülki heyəti düşəcək. Bəzi əməkdaşlar digər regionlara keçmək qərarına gəliblər.

Baş Prokurorluq isə xərcləri ixtisarla deyil, maaşlara müxtəlif əlavələri kəsməklə həyata keçirməyə hazırlaşır.

Rusiya hökuməti yanvarın sonunda antiböhran planı qəbul edib. Plana görə federal büdcənin xərcləri 10 faiz azaldılmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG