Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:58

Dünyada media azadlığı "kəskin düşüb"


RSF media gününə hazırlaşır. Arxiv foto

RSF media gününə hazırlaşır. Arxiv foto

-

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) fevralın 12-də yaydığı illik dəyərləndirmədə bildirir ki, dünyada media azadlığı "kəskin düşüb". Bir səbəb İslam Dövləti və Boko Haram ekstremist qrupları ilə bağlıdır.

RSF 2015-ci il Ümumdünya Mətbuat Azadlığı indeksini yayıb. Sənədə görə, 2014-cü ildə 180 ölkədə 3 min 700-dən çox informasiya azadlığı pozuntusu qeydə alınıb. Bu, əvvəlki ildən 8 faiz çoxdur.

İran, Çin, Suriya və Şimali Koreya mətbuat azadlığının ən çox pozulduğu ölkələr sırasındadır.

Ukrayna və Türkiyə də cədvəlin dibində yer alıb. Ukrayna 2014-cü ilin əvvəlində Kremlpərəst prezidentə qarşı nümayişlərdə, Türkiyə isə antihökumət etirazlarında jurnalistlərin repressiyasına görə.

Hesabatda deyilir ki, Yaxın Şərq və Ukraynada bütün münaqişə tərəfləri "qorxulu informasiya müharibəsi" aparır. Jurnalistlər təbliğatı yaymaq üçün öldürülmə, saxlanma, təzyiqlə üz-üzə qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG