Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:59

Ukrayna münaqişəsi ilə bağlı razılaşma əldə olunub


Minsk sammiti- 11 fevral 2015

Minsk sammiti- 11 fevral 2015

-

Minskdə «Normand dördlüyü»nün danışıqları 15 saatdan çox davam edib. Rusiya, Ukrayna, Almaniya və Fransa liderləri Ukraynada sülhü bərqərar edəcək qərarlar işləyib hazırlamağa çalışıblar.

Yazı yenilənir. Ən son xəbərlər mətnin əvvəlindədir.

13:40

FEVRALIN 15-DƏN SİLAHLAR SUSMALIDIR

Rusiya prezidenti Vladimir Putin Ukrayna böhranı ilə bağlı Minsk sammitində razılıq əldə olunduğunu deyir.

Onun bildirdiyinə görə, razılaşmada fevralın 15-dən atəşkəs elan edilməsi və ağır silahların münaqişə zonasından çıxarılması nəzərdə tutulur.

Məlumatı Ukrayna və Fransa prezidentləri də təsdiqləyib.

Petro Poroshenko bildirib ki, ağır silahların münaqişə zonasından çıxarılmasına atəşkəs qüvvəyə minəndən 2 gün sonra başlanacaq.

Poroshenko deyib ki, razılaşmaya əsasən, Ukrayna sərhədçiləri ilin sonunadək Rusiya ilə sərhədə nəzarəti bərpa etməlidir.

Ukrayna prezidenti, həmçinin, qeyd edib ki, bütün xarici qüvvələr Ukrayna ərazisindən çıxarılmalı və girovlar 3 gün ərzində azad edilməlidir.

Fransa prezidenti Francois Hollande də sammitdən sonra Ukrayna böhranı ilə bağlı qlobal siyasi razılaşma əldə olunduğunu deyib.​

Petro Poroshenko

Petro Poroshenko

11:40

«YAXŞI XƏBƏR YOXDUR»

Ukrayna prezidenti Petro Poroshenko Minsk danışıqlarında fasilədə jurnalistlərə deyib ki, «yaxşı xəbər yoxdur» və Rusiyanın danışıqlarda mövqeyi qəbuledilməzdir.

Poroshenko, Vladimir Putin, Angela Merkel, və Francois Hollande 14 saatdır Ukraynanın şərqində münaqişənin həllinə dair danışıqlar aparır.

«Mənə təklif olunan şərtlər qəbuledilməzidir. Danışıqlar davam edir, həmişə ümid var», - deyən Poroshenko detallara varmayıb.

Ukrayna prezidenti əlavə edib ki, vəziyyət «çətindir», ancaq Merkel və Hollande «bizə çox kömək edirlər».

Münaqişə zonasında apreldən bəri 5 min 350-dən çox adam ölüb.

10:00

GECƏ OLDU...

Ukrayna, Rusiya, Almaniya və Fransa liderlərinin Minskdə gərgin sammiti fevralın 12-nə keçən gecəyədək çəkib. Tərəflər Ukraynanın şərqində 10 aylıq müharibəyə son vermək planını dartışırlar.

Petro Poroshenko və Vladimir Putin

Petro Poroshenko və Vladimir Putin

Belarus paytaxtında keçən görüşə Petro Poroshenko, Vladimir Putin, Angela MerkelFrancois Hollande qatılıb.

SƏNƏD İMZALANACAQ, ANCAQ...

Bakı vaxtıyla səhər saat 10-da danışıqlar artıq 12-ci saata girib. Dörd lider Minskdəki Prezident Sarayında bir otaqda müşavirləri olmadan danışıblar.

«Reuters» diplomatik mənbəyə istinadla xəbər verir ki, Ukrayna, Rusiya, Almaniya və Fransa liderləri Minsk danışıqlarından sonra sənəd imzalayacaqlar. Ukrayna böhranı üzrə danışıqlar bütün gecəni davam edib. Mənbə sənədin mahiyyətini açıqlamayıb.

Petro Poroshenko danışıqlardan əvvəl deyib ki, bu görüş Ukraynanın şərqində vəziyyətin «nəzarətdən çıxmasını» əngəlləmək üçün son şansdır. «Interfax» yazır ki, Poroshenko deyib:

«Ya de-eskalasiya, atəşkəs olmalıdır, ağır silahlar geri çəkilməlidir, ya da vəziyyət nəzarətdən çıxır».

«ƏSƏB SAVAŞI»

Dörd lider əvvəlcə bir neçə qapalı danışıqlar aparıblar, öz aralarında, xarici işlər nazirləri və müşavirləri ilə, sonra yenə təkbətək danışıblar.

Sammit iştirakçıları

Sammit iştirakçıları

Almaniyanın Xarici İşlər Nazirliyi bildirib ki, danışıqlar «asan getmir və davam edir». Nazirlik əlavə edib ki, nazir Frank-Walter Steinmeier-in Braziliyaya planlaşdırılan səfəri də ertələnir.

Rusiya xarici işlər naziri Sergei Lavrov danışıqları «superdən də yaxşı» adlandırıb.

Ukrayna prezidentinin müşaviri Valeriy Chaly facebook-da yazıb ki, danışıqlar azı daha beş-altı saat çəkə bilər. «Şərtsiz atəşkəs barədə saziş olmadan buradan gedən deyilik. Hazırda əsəb savaşı gedir».

GÖZLƏNƏN SƏNƏDLƏR

Separatçıların liderləri Alexander ZakharchenkoIgor Plotnitsky də fevralın 11-də Minskə gəliblər. Danışıqlar uğurlu olarsa, onların razılaşma imzalayacağı bildirilir.

Ukrayna nümayəndə heyətindəki mənbə «Reuters»ə deyib ki, 4 lider Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dair birgə deklarasiya imzalamağı planlaşdırırlar. Daha bir sənədi isə Rusiya, Ukrayna və ATƏT-dən ibarət Kontakt qrupu hazırlayacaq. Bu sənəd sentyabr atəşkəs razılaşmasına sadiqliyi təsdiqləməlidir.

Münaqişə zonasında apreldən bəri 5 min 350-dən çox adam ölüb. Ukraynanın şərqində baş verənlər «Soyuq müharibə»dən bəri Moskva ilə Qərb arasında ən gərgin qarşıdurmanı yaradıb.

XS
SM
MD
LG