Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:56

Aralıq dənizində 300 nəfər batıb


Afrikadan İtaliyaya qaçan miqrantlar. Arxiv foto
Afrikadan İtaliyaya qaçan miqrantlar. Arxiv foto

-

Aralıq dənizində 300 miqrant qayıqları ilə birlikdə batıb. Məlumatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı yayıb.

Miqrantlar əsasən Saharaaltı Afrikadan, Liviya ilə müharibədən qaçırmışlar. Onlar dörd kiçik qayığa sığınıblar.

Komissarlığın Avropa bölməsinin direktoru Vincent Cochetel fevralın 11-də yaydığı bəyanatda deyib ki, "bu, böyük faciədir və göstərir ki, dənizin ümidinə buraxılanda daha çox adam həyatını itirə bilər".

Ötən il Şimali Afrikadan İtaliyaya qayıqla keçməyə çalışan 3 min 200-dən çox adam həlak olub.

2014-cü ildə 170 min nəfər İtaliyaya gəlib. Onları dənizdən donanma, sərhəd xidməti, ya da ticarət gəmiləri götürüb.

XS
SM
MD
LG