Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:24

Azərbaycan və Ermənistan orduları: müqayisə [infoqrafika] (Nazirlikdən cavab)


-​ AZƏRBAYCAN ORDUSU HAQQINDA QİYMƏTLƏNDİRMƏ

Londondakı Beynəlxalq Strateji Tədqiqatlar İnstitutu fevralın 10-da yayılan "The Military Balance-214" hesabatında qeyd edir ki, Azərbaycan ordusunu müasir avadanlıqlarla təchiz edir. Amma müasir sistemlərin real istifadə imkanı barədə qəti fikir söyləmək hələ tezdir. Çünki ordu çağırışçılar hesabına formalaşır:

"Hərbi hava qüvvələrində təlim və təchizat sarıdan problemlər var. Azərbaycan müdafiə sahəsində NATO ilə əməkdaşlıq edir. Həmçinin Türkiyə ilə yaxın hərbi əməkdaşlığa malikdir. ABŞ da Xəzərdə təhlükəsizlik sahəsində Azərbaycana dəstək verir."
Sənədə əsasən Azərbaycan və Ermənistan ordularının durumu aşağıdakı ifoqragikada göstərilib:

"The Military Balance 2014" adlı hesabatın Azərbaycandan bəhs edən bölməsi ilə əlavədəki sənədin 175-ci səhifəsində tanış ola bilərsən. ​

Arxiv fotosu: Prezident İlham Əliyev yeni alınmış silahlara baxır. 26 iyun 2014

Arxiv fotosu: Prezident İlham Əliyev yeni alınmış silahlara baxır. 26 iyun 2014

MÜDAFİƏ NAZİRLİYİNDƏN CAVAB

Azərbaycanın Müdafiə Nazirliyindən isə hesabatda qeyd edilən məlumatların həqiqəti əks etdirmədiyini bildirirlər. Nazirlikdən "Trend" informasiya agentliyinə bildiriblər ki, hesabatda uyğunsuzluqlar və yanlış fikirlər var:

“İlk növbədə, bu, Silahlı Qüvvələrin şəxsi heyətinin tamamilə müddətli həqiqi hərbi xidmət qulluqçuları ilə komplektləşdirilməsidir. 2013-cü ildən etibarən Silahlı Qüvvələrin döyüş hazırlığının səviyyəsini müəyyən edən bütün əsas ixtisaslar üzrə vəzifələr müqavilə əsasında mütəxəssis hərbi qulluqçularla komplektləşdirilir və proses bu gün də davam etdirilir.

Bu, Silahlı Qüvvələrdə olan müasir silah, texnika nümunələrinin idarə olunmasının yüksək bilikli peşəkarlara tapşırılması və bununla da ordunun daha çevik, daha hazırlıqlı, o cümlədən döyüş hazırlıqlı olması məqsədini daşıyır”.

Daha bir yanlış məlumat Azərbaycan Ordusunun silahlanmasındakı döyüş texnikasının sayı ilə bağlıdır. Hərbi texnika üzrə əks olunan rəqəmlərə heç bir şərh vermədən qeyd etmək istərdik ki, bütün göstəricilər üzrə, o cümlədən döyüş tankları, zirehli maşınlar, artilleriya qurğuları, döyüş təyyarələri və helikopterlərin sayına görə Azərbaycan Silahlı Qüvvələri Ermənistanın öz ərazisində, həm də Azərbaycanın işğal olunmuş torpaqlarında yerləşdirdiyi qüvvələrdən keyfiyyət və kəmiyyət baxımından qat-qat artıqdır və kifayət edəcək həddədir. Bu səbəbdən də hesabatdakı Azərbaycan və Ermənistan ordularının müqayisəli cədvəlində əks olunan rəqəmlərin dəqiqliyi şübhə doğurmaqla yanaşı, reallıqdan da xeyli uzaqdır”.

Müdafiə Nazirliyi bildirir ki, mübahisə doğuran digər məsələ səfərbərlik resurslarının sayının 300 min nəfər göstərilməsidir:

“Halbuki bu rəqəm həqiqi göstəricilərdən 3-4 dəfə azdır və ən sadə hesablamalara görə təqribən 1 milyon 200 min nəfər təşkil edir.

Ötən bir ildə ehtiyatda olan 30 min nəfərədək hərbi vəzifəli təlimlərə cəlb edilməklə hərbi hazırlıqlarını və ixtisas bacarıqlarını təkmilləşdirib. Bu prosesin 2015-ci il ərzində də davam etdirilməsi planlaşdırılır."

Arxiv fotosu: Ermənistan prezidenti Serzh Sarkisian Qarabağda əli silahlı.

Arxiv fotosu: Ermənistan prezidenti Serzh Sarkisian Qarabağda əli silahlı.

ERMƏNİSTAN ORDUSU HAQQINDA QİYMƏTLƏNDİRMƏ

Sənəddə Azərbaycanla münaqişə vəziyyətində olan Ermənistan haqqında isə deyilir ki, bu ölkə bir neçə keçmiş sovet respublikasının birləşdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Həmçinin Rusiya bu ölkədə saxladığı hərbi bazalar vasitəsilə Ermənistana hava hücumundan müdafiə sahəsində dəstək verir: "Ordu hələ də çağırışçılar hesabına formalaşır. Amma peşəkar zabitlərin sayı artır.

Ordunun təchizatı əsasən Rusiya istehsalı olan silahlarladır. Hərbi hava qüvvələrində təyyarələrin xidmətə yaralılığı sahəsində suallar var."

Hesabatın Ermənistandan bəhs edən bölməsi ilə əlavədəki sənədin 174-cü səhifəsində tanış ola bilərsən.

QARABAĞDA SAXLANAN SİLAHLAR

Sənəddə erməni silahlı qüvvələrinin nəzarəti altında olan Dağlıq Qarabağda saxlanan silahlar haqqında da qısa da ola məlumat verilir.

Beynəlaql Araşdırmalar İnstitunun əməkdaşları erməni hərbi qüvvələrinin işğalı altında olan Azərbaycanın Qarabağ və təraf rayonlarında aşağıdakı silah və avadanlıqları müşahidə etdiklərini bildirirlər. Hesabat müəllifləri müşahidələrinə əsasən qeyd edirlər onların çoxu Erməniata aid olan silahlardır və təxminən aşağıdakılardan ibarətdir:

Əsas döyüş tankları: T-72
Piyadaların döyüş maşını: BMP-1 və BMP-2
Artilleriya qurğuları: 232 ədəd (Onlardan: 122 mm-lik S1 və 152 mm-lik S3 özüyeriyən, eyni kalibrdə D-30 və A36 amma daşınan toplar. 122 mm-lik BM-21 və 273 mm-lik WM-80 raket atan qurğular.)

Tank əleyhinə raketlər: 9P148 Konkurs; 9P149 MT-LB Spiral

Hava hücumundan müdafiə vasitələri: SA-4 Ganef, SA-6 Gainful, SA-8 Gecko, SA-2 Guideline, SA-3 Goa, SA-16 Gimlet, SA-18 Grouse, ZSU-23-4, 23mm-lik ZU-23-2

Taktiki raketlər: SS-1C Scud B

Qərargahı Londonda yerləşən Beynəlxalq Strateji Tədqiqatlar İnstitutu ( İİSS) hərbi-siyasi münaqişələr sahəsində dünyanın aparıcı araşdırma mərkəzi hesab olunur.

1958-ci ildə, Soyuq Müharibə və nüvə silahlanması zamanı yaradılmış İİSS ABŞ və Britaniya hökumətindəki mənbələrlə yaxın münasibətlərdədir.

Yuxarıda qeyd edilənlər yalnız Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun hazırladığı "The Military Balance 2014" adlı hesabatda qeyd edilənlərdir. Sənəd fevralın 10-da yayılıb. Hələlik ona Ermənistandan rəsmi və qeyri-rəsmi mənbələrdən reaksiyalar yoxdur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG