Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:16

Minsk Qrupunun həmsədrləri Finlandiyanın xarici işlər naziri ilə görüşəcək


Erkki Tuomioja
Erkki Tuomioja

ATƏT-in Minsk Qrupunun həmsədrləri fevralın 12-də Finlandiya xarici işlər naziri Erkki Tuomioja və nazirliyin dövlət katibi Peter Stenlund ilə görüşəcək.

Bu barədə APA-ya Finlandiya XİN-in Cənubi Qafqaz üzrə daimi səfiri Krister Mikellsson məlumat verib.

O deyib ki, Helsinkidə keçiriləcək görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi müzakirə olunacaq.

“Bildiyiniz kimi, Finlandiya Minsk Qrupunun üzvüdür, biz bu münaqişənin həllini həmişə diqqətlə izləmişik və sülhün əldə olunmasına maraqlıyıq.

Bölgədə son gərginlik bizi də narahat edir. Ona görə də həmsədrlərlə görüşdə münaqişənin dinc yolla həlli istiqamətində fikir mübadiləsi aparılacaq və mümkün addımlar müzakirə olunacaq”.

Mikellsson iki həftədən sonra bölgəyə gələcəyini deyir.

XS
SM
MD
LG