Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:55

Şahbaz Xuduoğlunun xanımı avtoqəzada ölüb


Şahbaz Xuduoğlu
Şahbaz Xuduoğlu

-

«Qanun» nəşriyyatının sahibi Şahbaz Xuduoğlunun xanımı yol qəzasında ölüb.

Şahbaz Xuduoğlunun yaxınlarından AzadlıqRadiosuna verilən məlumata görə, onlar Yardımlıdan qayıdarkən qəza ilə üzləşiblər.

Maşın dərəyə aşıb. Şahbaz Xuduoğlunun xanımı Könül Rüstəmxanlı aldığı xəsarətlərdən vəfat edib, bacısı İlahə Əliyeva isə Masallı xəstəxanasına aparılıb. Onun da vəziyyətinin ağır olduğu deyilir.

Avtomobildə 5 nəfər olub. Sürücüdən başqa maşında Şahbaz Xuduoğlu, xanımı, bacısı və bacısının yoldaşı olub.

“Yağış nəticəsində yol sürüşkən olub, qəza da buna görə baş verib. Maşın döngədə dərəyə aşıb”.

Bunu APA-ya açıqlamasında millət vəkili Sabir Rüstəmxanlı qardaşı Şahbaz Xuduoğlunun ailəsinin qəza keçirməsi barədə danışarkən deyib.

S. Rüstəmxanlı bildirib ki, qəza nəticəsində Ş. Xuduoğlu da xəsarət alıb: “Biz rayondan yas məclisindən qayıdırdıq. Maşında 5 nəfər olub. Müxtəlif xəsarətlər alıblar. Xəsarət alanlar arasında vəziyyəti ağır olanlar var. Hələ ki, hadisə ilə bağlı dəqiqləşdirmələr aparırıq”.

XS
SM
MD
LG