Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:41

Yunanıstan Rusiyaya qarşı sanksiyalara yenidən baxılmasının tərəfdarıdır.


Sergei Lavrov və Nikos Kotzias

Sergei Lavrov və Nikos Kotzias

“Yunanıstan Ukrayna böhranına görə Rusiyaya qarşı tətbiq edilmiş iqtisadi sanksiyalara yenidən baxılmasının tərəfdarıdır”.

Bunu Yunanıstanın xarici işlər naziri Nikos Kotzias fevralın 11-də Moskvada rusiyalı həmkarı Sergei Lavrovla görüşdən sonra deyib.

O qeyd edib ki, sanksiyalara qarşı narazılıq getdikcə artıq və bir qrup ölkə onlara yenidən baxılması və ya yumşaldılmasını istəyir.

Amma Kotzias konkret ölkə adı göstərməyib və əlavə edib ki, Brüssel başqa həll yolları axtarmalıdır.

O ölkəsinin Moskva ilə Brüssel arasında vasitəçilik etməyə hazır olduğunu deyib.

Lavrov isə bildirib ki, əgər Afina istəsə Moskva ona maliyyə yardımı məsələsinə baxa bilər.

Yeni Yunanıstan hökuməti maliyyə yardımı əvəzində Avropa Birliyinin şərtləri ilə razılaşmır.

Avropa Birliyi bunun əvəzində Afinadan kəskin iqtisadi islahatlar aparılmasını tələb edir.

Yeni Yunanıstan hökuməti bu günlərdə bəyan edib ki, əgər Avropa Birliyi ilə razılıq əldə olunmasa kömək üçün Rusiya, Çin və ya ABŞ kimi ölkələrə üz tuta bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG