Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:44

Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Bakıya gəlir


Maros Sefcovic

Maros Sefcovic

Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Maros Sefcovic Cənub Qaz Dəhlizinin məşvərət şurasında iştirak etmək üçün fevralın 12-də Azərbaycana gəlir.

Toplantıda Gürcüstan, Türkiyə, Yunanıstan, İtaliya, Albaniya və Bolqarıstan kimi tranzit ölkələrin nazirləri, habelə TAP və TANAP boru kəməri layihələri operatorlarının nümayəndələri iştirak edəcək.

Maros Sevcovic səfər ərəfəsində Azərbaycanın Avropa Birliyi üçün çox mühüm tərəfdaş olduğunu deyib:

“ Strateji enerji tərəfdaşlığımızın mərkəzində Cənub Qaz Dəhlizi durur. Bu layihə daha böyük iqtisadi əməkdaşlıq və enerji təhlükəsizliyini artırmaqla dəhliz boyu ölkələrdə 30 mindən çox yeni iş yerinə səbəb ola bilər.2019-2020-ci ilədək dəhliz boyu bütün infrastruktur layihələri işlək vəziyyətə gətirmək istəyirik.Bu Azərbaycanın gələcək iqtisadi inkişafı ilə yanaşı, Avropanın enerji təhlükəsizliyi üçün də çox vacibdir".

Bu, vitse-prezident kimi Maros Sevcovicin Azərbaycana ikinci səfəri olacaqr. O bundan əvvəl Azərbaycanda ötən ilin noyabrında olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG