Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:09

Kazanda Mirzə Kazımbəyin xatirə lövhəsi vurulacaq


Mirzə Kazımbəy (1802-1870)
Mirzə Kazımbəy (1802-1870)

-

Kazan (Volqaboyu) Federal Universiteti kitabxanasının fasadında Azərbaycanın görkəmli şərqşünas alimi Mirzə Kazımbəyin xatirə lövhəsi vurulacaq.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, lövhə haqqında qərarı Tatarıstan Respublikası Nazirlər Kabineti qəbul edib.

Qərara əsasən, xatirə lövhəsində bu sözlər əksini tapacaq: «Azərbaycan xalqının görkəmli nümayəndəsi, şərqşünas alim, Rusiya oriyentalistika elminin banilərindən biri, Sankt-Peterburq İmperator Elmlər Akademiyasının müxbir üzvü Mirzə Məhəmmədəli (Aleksandr Kasimoviç) Kazımbəy 1826-1849-cu illərdə burada çalışıb».

XS
SM
MD
LG