Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:23

Rusiyaya qarşı sanksiyalar Qazaxıstanı da silkələyib


Nursultan Nazarbayev
Nursultan Nazarbayev

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarını barbarlığa bənzədib və bundan Qazaxıstana da ziyan dəydiyini bildirib.

Nazarbayev Orta Asiya ölkələri iqtisadiyyatını dollarsızlaşdırmağa çağırıb.

O fevralın 11-də hökumətin iclasında çıxış edərkən Rusiyanın iqtisadi çətinlikdən şərəflə çıxacağına əmin olduğunu bildirib və qeyd edib ki, Qazaxıstanda bunu edə biləcək.

Nazarbayev bildirib ki, son vaxtlar rublun dəyərdən düşməsi Qazaxıstan şirkətlərinə pis təsir göstərib.

O buna görə dolayısı ilə Qərbi günahlandırıb, bunun xarici faktorlarla bağlı olduğunu və bunun Qazaxıstanın Rusiyanın rəhbərlik etdiyi Avrasiya ittifaqının üzvü olması ilə heç bir bağlılığı olmadığını bildirib.

Prezident Mərkəzi bankı ölkə iqtisadiyyatını dollarsızlaşdırmağa, əhali və şirkətləri isə dollarlarını tengeyə dəyişməyə çağırıb.

Nazarbayev qazaxları pullarını boş yerlərə xərcləməməyə və xarici yox, yerli mallar almağa çağırıb.

XS
SM
MD
LG