Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:07

Fransa Minsk sammitinin baş tutacağına ümidlə yanaşır


Laurent Fabius
Laurent Fabius

“Ukrayna böhranı ilə bağlı fefvralın 11-də Minskdə nəzərdə tutulan sammit çox güman ki, baş tutacaq”.

Bunu Fransanın xarici işlər naziri Laurent Fabius bəyan edib.

O Minsk görüşünü son şans adlandırıb.

Minsk sammitində Ukrayna, Rusiya, Fransa və Almaniyanın prezidentləri iştirak etməlidir.

Məqsəd Ukraynanın şərqindəki münaqişəni dic yolla həll etməkdir.

Fabius Fransa radiosuna müsahibəsində deyib ki, bir sıra məsələlərin hələ də həll olunmamasına baxmayaraq sammit çox güman ki, baş tutacaq.

Rusiya prezidenti Vladimir Putin isə deyib ki, sammitdən əvvəl bir neçə məsələyə aydınlıq gətirilməlidir.

Ukrayna ordusu bu arada rusiyapərəst separatçıların hücumu nəticəsində 19 əsgərinin həlak olduğunu xəbər verir.

XS
SM
MD
LG