Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:15

-

ABŞ-ın NBC televiziyası tanınmış xəbər aparıcısı Brian Williams-ı altı aylığa, ödənişsiz olaraq işdən kənarlaşdırıb. Səbəb onun İraq müharibəsində yanan vertolyot barədə yalan xəbər verməsidir.

NBC Universal-ın rəhbəri Steve Burke fevralın 10-da deyib ki, Williams "milyonlarla amerikalının NBC News proqramına inamına təhlükə yaradıb" və onun hərəkətləri "bağışlanmazdır".

Williams 2003-cü il İraq müharibəsinin ilk günlərində başına gələn bir hadisəni müxtəlif versiyalarda çatdırıb. Bu yaxınlarda televiziyada deyib ki, içərisində olduğu vertolyot atəşə tutulub.

Ancaq əsgərlər atəşə tutulan vertolyotda Williams-ın olmadığını deyəndən sonra, o, yalan danışdığını boynuna alıb.

Hesablamalara görə, Williams-a gecə saatlarına 9 milyon amerikalı baxıb və ildə 10 milyon dollar qazanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG