Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:42

Özbəkistanın iki prezidenti olacaq


İslam Karimov səs verir
İslam Karimov səs verir

-

Özbəkistan müxalifətinin mühacirətdə olan üzvləri yaxınlaşan prezident seçkilərinin azad və ədalətli keçəcəyinə şübhə edirlər. Buna görə də, Özbəkistandan kənarda bu seçkilərə alternativ onlayn seçki təşkil etməyə hazırlaşırlar. Artıq Virtual Seçki Komissiyasında namizədlər də qeydə alınıb.

Əksəriyyəti müxalifət nümayəndələri və vətəndaş cəmiyyəti üzvləri olan virtual namizədlərin çox az qismi tanınmış şəxslərdir.

VİRTUAL NAMİZƏDLƏR

Bunlardan biri Özbəkistanda rəsmi olaraq qeydiyyatdan keçməmiş Birdamlik (Birlik) Partiyasının təsisçisi Bahodir Choriev-dir. Choriev Birdamlik Partiyasını 2004-cü ildə Özbəkistandan ABŞ-a mühacirət etdikdən sonra yaradıb. Onun hüquq müdafiəçisi olan atası Hasan Choriev 2014-cü ildə müəmmalı cinayət işi üzrə məhkumluq həyatı yaşayarkən vəfat edib.

Müstəqil namizəd kimi qeydiyyatdan keçmiş Dilshodzhon Usmanov isə məşhur biznesmen, Özbəkistanın ilk özəl bankı «Rustambank»ın təsisçisi Rustam Usmanov-un oğludur.

Mirakhmat Muminov Birləşmiş Ştatlarda yaşayan başqa bir müstəqil namizəddir. Mokhira Ortikova da həmçinin.

REAL SEÇKİNİN 3 NAMİZƏDİ

Namizədlər arasında Rusiyada mühacirətdə olan özbəklərdən isə bu ölkədəki özbək diaspor təşkilatı «Vatandosh»un sədri Usman Baratov var.

Bundan əlavə, onlayn seçkidə real seçki üçün namizədliyini irəli sürmüş dörd namizəddən üçü də iştirak edəcək – Akmal Saidov, Hotamzhon KetmonovNarimon Umarov. Onlar özləri alternativ seçki üçün qeydiyyatdan keçməyiblər. Ancaq Özbəkistanda keçirilmiş əvvəlki prezident seçkisində iştirak etmədiklərinə görə adları onlayn seçkidə namizədlər siyahısına daxil edilib. Bu barədə Virtual Seçki Komissiyasının sözçüsü, müstəqil jurnalist Ulugbek Bakirov məlumat verib. Onun dediyinə görə, namizədlər onlayn seçki ərəfəsində debatlarda da iştirak edəcəklər.

KARİMOV VƏ QVARDİYASI

Real seçkinin dördüncü, ən əsas namizədi isə ölkənin hazırkı rəhbəri, uzun illərdir Özbəkistanın prezidenti kürsüsündə əyləşən qocaman İslam Karimov-dur. Mayın 29-da onun növbəti dəfə prezident seçildiyinin elan ediləcəyinə şübhə yoxdur. Amma adı virtual seçkidəki namizədlər siyahısına daxil edilməyib. Bunun səbəbi, alternativ seçkinin təşkilatçılarının bildirdiyinə görə, Karimov-un Konstitusiyanın tələbini pozaraq iki dəfədən artıq prezident vəzifəsini icra etməsidir.

Adları Karimov-un potensial varisləri arasında çəkilən köhnə qvardiya üzvləri – baş nazir Shavkat Mirziyoyev və maliyyə naziri Rustam Azimov da alternativ seçkidən kənarda saxlanılıb. Prezidentin gözdən düşmüş qızı Gulnara Karimova həmçinin.

ALTERNATİV SEÇKİ NƏYƏ LAZIMDIR

Virtual seçkinin təşkilatçıları bu cür alternativ seçki keçirməyin zəruriliyini onunla əsaslandırırlar ki, real seçkidə şəffaflıq təmin edilmir. Bundan başqa namizədlər arasında müxalifət nümayəndələri və ya vətəndaş cəmiyyəti üzvləri təmsil olunmur.

Özbəkistanın virtual prezidenti ola bilmək üçün namizədin azı 35 yaşı olmalı, özbək dilini yaxşı bilməlidir. O, həmçinin Özbəkistan Sovet Sosialist Respublikasında, yaxud Özbəkistan Respublikasında doğulmuş olmalı, siyasi və ya digər səbəbdən ölkəni tərk etmək məcburiyyətində qalmış olmalıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG