Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:43

Donetskdə avtobus dayanacağına hücumda azı 4 nəfər ölüb


Donetskdə mərmi düşmüş avtobus dayanacağı

Donetskdə mərmi düşmüş avtobus dayanacağı

-

Fevralın 11-də Ukraynanın şərqində yaraqlıların nəzarətində olan Donetskdə avtobus dayanacağına mərmi düşüb, azı 4 nəfər həlak olub. 10 nəfər də yaralanıb.

Şahidlərdən biri mini avtobusun sükanı arxasında bir nəfərin meyitini gördüyünü deyir. Mərmi dayanacağın üstünə düşüb, iki avtobus alışıb.

Yaraqlılardan və ya regional administrasiyadan əlavə informasiya gəlməyib.

Bir gün əvvəl isə Kramatorsk artilleriya atəşinə tutulub, 15 nəfər həlak olub.

Ukrayna prezidenti Petro Poroshenko fevralın 11-də gecə Kramatorska gedib. Orada deyib ki, çərşənbə günü Minskə "normand formatında" danışıqlara gedir. Məqsəd qeyd-şərtsiz atəşin dayandırılması və siyasi dialoqun başlanmasıdır. Xəbəri Ukrayna prezidentinin mətbuat xidməti yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG