Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:05

Kramatorskda 15 nəfər həlak olub (video)


Kramatorskda uşaq oyun meydançasına atılmış "Grad"
Kramatorskda uşaq oyun meydançasına atılmış "Grad"

-

Çərşənbə axşamı Ukraynanın Kramatorsk şəhərinin artilleriya atəşinə tutulması nəticəsində 15 nəfər həlak olub, 60-dan çox yaralı var. Yaralılardan 5-i uşaqdır.

Məlumatı Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Slexandre Turchinov verib. Donetsk vilayət administrasiyası fevralın 10-da axşam 12 nəfərin öldüyünü bildirirdi.

Kiyev atəşə görə separatçıları günahlandırır. Ukrayna prezidenti Petro Poroshenko deyib ki, "yaraqlılar" Kramatorksda hərbi əməliyyatların mərkəzi qərargahına, yaxınlıqdakı yaşayış məhəllələrinə zərbə endiriblər.

Ukrayna rəsmiləri şəhərin müasir Rusiya silahlarından, separatçıların nəzarətində olan Horlovka məntəqəsindən atəşə tutulduğunu deyir. Kramatorska hücumdan əvvəl bu rayonda "düşmənin pilotsuz aparatının uçuşu" qeydə alınıb.

Separatçılar hücumla bağlılığı inkar edir. "Donetsk Xalq Respublikası" adlanan qurumun "müdafiə nazirliyi" baş verənləri Ukrayna hərbçilərinin təxribatı adlandırıb.

Kramatorsk: raketlər getdikcə kameraya yaxınlaşır və...
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

XS
SM
MD
LG