Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:41

Gennady Zyuganov: “Rusiyasız Qafqazda sülh və sabitliyə nail olmaq çətindir”


Gennady Zyuganov. Arxiv foto

Gennady Zyuganov. Arxiv foto

-

“Azərbaycanda rus dilinə, rus icmasına göstərilən diqqət və qayğı məni heyrətləndirib. Bəzi postsovet ölkələrindən fərqli olaraq, Azərbaycanda rus dilinə, rus icmasına hörmətlə yanaşılır. Burada orta məktəbdə azyaşlı uşaqların rus dilində necə səlis danışdığını gördüm. Sizin bütün təkliflərinizi və problemlərinizi dinləməyə hazıram, müraciətinizi nəzərə alıram”.

APA-nın məlumatına görə, bu sözləri Rusiya Kommunist Partiyasının lideri, Dövlət Dumasının üzvü Gennady Zyuganov Bakıda rus icmasının nümayəndələri ilə görüşü zamanı deyib.

Bölgədə gedən proseslərə toxunan G. Zyuganov qeyd edib ki, Rusiyasız Qafqazda sülh və sabitliyə nail olmaq çətindir: “Mən də düşünürəm ki, bölgədəki problemlərin həllində Rusiyanın rolu daha da artırılmalıdır”.

Azərbaycan Milli Məclisinin deputatı Mixail Zabelin isə bildirib ki, Azərbaycanda ali məktəblərin rus bölmələrində 18 mindən çox tələbə təhsil alır: “Rus bölmələrində təhsil alanların çoxu azərbaycanlılardır. Burada rus dilinə, Rusiyaya maraq tarixi keçmişə dayanır. Azərbaycanda yaşayan ruslar da bu ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edirlər. Biz Azərbaycandakı rusların həyatından bəhs edən film hazırlamışıq. Həmin sənədli filmdə Qarabağ müharibəsində həlak olan rusmənşəli Azərbaycan vətəndaşlarından danışılır. Onlar Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşüb şəhid olublar. Biz istərdik ki, Rusiya bu münaqişənin nizamlanmasında, işğal olunmuş torpaqların geri qaytarılmasında öz mövqeyini daha konkret nümayiş etdirsin. Əgər Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəallaşsa, öz qəti sözünü desə, əminik ki, qısa müddət ərzində müharibə riski də aradan qalxar, bölgədə sülh bərqərar olar”.

Fevralın 10-da Gennady Zyuganov Heydər Əliyev Mərkəzində də olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG