Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:19

Tsipras parlamentdə etimad səsverməsini qazanır


Alexis Tsipras
Alexis Tsipras

-

Yunanıstanın yeni radikal solçu hökuməti parlamentdə etimad səsverməsini qazanıb. Deputatlar 162-137 səs çoxluğu ilə baş nazir Alexis Tsipras hökumətinə səs veriblər. Partiya yanvarın 25-də seçkini udub və maliyyə böhranında çabalayan ölkədə islahatlar vəd edib.

Tsipras səsvermədən öncə deputatlara deyib ki, Yunanıstanın borc öhdəliklərini yenidən yazmaqdan başqa yolu yoxdur.

Brüsseldə isə kreditorlar ilə danışıqlar gözlənir. Avrozonanın maliyyə nazirləri Afinanın nəhəng beynəlxalq borc şərtlərinə yenidən baxılması təklifini müzakirə edəcəklər. AB rəsmiləri hələlik Tsipras-ın cəhdlərini rədd edib. Afina 240 milyard avroluq borc şərtlərinin çox sərt olduğunu deyir.

Yunanıstanın xarici işlər naziri Nikos Kotzias isə fevralın 11-də Moskvada rusiyalı həmkarı Sergei Lavrov ilə görüşəcək. Afina Rusiya ilə sıx təmaslar tərəfdarı olduğunu bildirib. Müdafiə naziri Panos Kammenos deyib ki, avrozonayla yeni borc müqaviləsi əldə olunmasa, Yunanıstan üzünü Birləşmiş Ştatlar, Rusiya və ya Çinə çevirə bilər.

XS
SM
MD
LG