Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:42

Hilary Hahn "Grammy" aldı - Firəngiz Əlizadənin də bəstəsinin yer aldığı albomun ifasına görə


Hilary Hahn

Hilary Hahn

-

Dünyada musiqi sahəsində ən nüfuzlu mükafat sayılan "Grammy"nin klassik musiqi üzrə də qalibləri açıqlanıb.

Qaliblər arasında Amerikalı skripkaçı Hilary Hahn və pianoçu Cory Smythe da var.

Onların birgə ifası "Kiçik ansamblla ən yaxşı ifa" nominasiyasında "Grammy"yə layiq görülüb.

Mükafat onlara "İn 27 Pieces – The Hilary Hahn Encore" albomunun ifasına görə verilib.

Qeyd edək ki, həmin albomda azərbaycanlı bəstəkar Firəngiz Əlizadənin "İmpuls" bəstəsi də yer alır.

Günün bütün mövzuları

XS
SM
MD
LG