Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:52

Bakı-Tbilisi-Qars qatarı işə düşür...


Arxiv fotosu.
Arxiv fotosu.

.

“Dəmir ipək yolu” – Recceb Tayyib Erdoğan Bakı-Tiblisi-Qars dəmir yolu xəttini belə adlandırmışdı. Lap qədim dövrlərdə – tarixi ipək yolunda olduğu kimi. Bircə fərq var: Avropa və Asiyaya gedən dəvə karvanlarını indi qatarlar əvəzləyəcək.

BU LAYİHƏNİN ÖNƏMİ NƏDİR?

Dəmir yolu xəttindən əlavə, Bosfor boğazında dəmir yolu tuneli, xəttin Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinə birləşdirilməsi bu layihənin önəmi kimi vurğulanır. Bakı-Tiblisi-Qars layihəsində yük və sərnişinlər Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə birbaşa Avropaya çıxacaqlar.

Prezident İlham Əliyev bu layihəni Azərbaycanın müstəqilliyi və suvenerliyinin möhkəmlənməsi və ölkənin xarici iqtisadi əlaqələrinin genişlənməsi baxımından əlverişli hesab edir.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin xəritəsi
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin xəritəsi

Dəmiryolu xəttinin 2015-ci ilin sonlarında tam istifadəyə verilməsi gözlənir.

Bu yol özəlliklə, yük daşınmalarına hədəflənəsə də sərnişinlər də sevinir. Axı, layihənin icrası tamamlanandan sonra sərnişənlər də Bakıdan Türkiyəyə qatarla gedə biləcəklər.

TƏYYARƏ, AVTOBUS, YOXSA QATAR?

Azərbaycan vətəndaşı olan Saimə Əliyeva Türkiyədə təhsil alır. Deyir ki, tələbə üçün Bakıya təyyarə ilə Türkiyəyə gedib-gəlmək o qədər də əlevirişli deyil. Bir dəfə avtobusla gedib. Deyir ki, Bakıdan İstanbula təxminən 2 sutkaya çatıb:

“O qədər narahat idi avtobusla getmək. Bir dəfə avtobusla gedən, bir də getmək istəmir. Düzdür, maddi baxımdan avtobus daha əlverişlidir. Amma 2 sutka bir yerdə oturmaq adamı çox narahat edir. Amma qatar işləsə çox rahat olardı”.

Bakıdan İstanbula təyyarə bileti 300 manat civarında, avtobus bileti 50 manatadır. Saimə Əliyeva deyir ki, qatar bileti də 50 manat olarsa, böyük məmnuniyyətlə qatarla gedib-gələr.

BƏS, TÜRKİYƏ QATAR BİLETİ NEÇƏYƏ OLACAQ?

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti (QSC) mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov deyir ki, hələlik biletlərin qiyməti müəyyənləşdirilməyib. Layihə tam başa çatandan sonra bütün xərclər nəzərə alınıb biletlərin qiyməti müəyyənləşdiriləcək.

Arxiv fotosu: Prezidentlər İlham Əliyev (solda), Mikhail Saakashvili (ortada) və Abdullah Gul (sağda) Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əsasını qoyurlar. Tbilisi, 21 noyabr 2007-ci il.
Arxiv fotosu: Prezidentlər İlham Əliyev (solda), Mikhail Saakashvili (ortada) və Abdullah Gul (sağda) Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əsasını qoyurlar. Tbilisi, 21 noyabr 2007-ci il.

Sərnişin qatarları saatda 140 kilometr sürətlə hərəkət edəcək.

Bakıdan Tiblisiyə qatar biletinin qiyməti təxminən 22 manatdır. Bu linkdə ölkəxarici sərnişin qatarlarına biletlər əks olunub. Onların əsasında Bakıdan İstanbula da dəmir yolu biletinin qiymətini aşağı-yuxarı təxmin etmək olar.

Rəsmilərin vədləri özünü doğruldarsa, uzağı bir ildən sonra biletlərin qiyməti bəlli olar. Hələliksə, layihənin son tamamlama işləri gedir.

600 MİLYONLUQ LAYİHƏ…

Dövlət Neft Fondunun 2015-ci il büdcəsində bu layihəyə daha 111,5 milyon manat ayrılır.

Ümumilikdə, 2014-cü ilə qədər layihəyə 536,8 milyon manat xərclənib.

2007-ci ildən təməli qoyulan layihənin iki il sonra – 2009-cu ildə başa çatması gözlənilirdi. Amma işlərin başa çatması 8 ilə qədər uzandı. Yubanmaya əsas səbəb kimi rəsmilər Gürcüstanın Axalkalaki ərazisində dəmir yolu xəttinin çəkilişləri göstərirlər. Onların izahına görə sıx meşələr və qayaların arasından keçən xəttin çəkilişi gözləndiyindən çətin olub. Üstəlik kəskin soyuqlar işlərin gedişini bir xeyli yubadıb. Rəsmi açıqlanmasa da yubanmanın daha bir səbəbi kimi Gürcüstanda hakimiyyət dəyişikliyi ehtimaldır.

Gürcüstandan Türkiyəyə qədər olan xətlərin çəkilişi artıq başa çatıb. Türkiyə hissəsində dəmiryolunun tikintisi 80 faiz iş yekunlaşıb. Türkiyə hökuməti bu layihəyə 700 milyon dollar investisiya yatırıb.

Bakı-Tiblisi-Qars dəmir yolu xəttindən il ərzində 1.5 milyon nəfərin istifadəsi, ilkin olaraq ilə 6.5 milyon, sonradan 15 milyon ton yük daşınması gözlənilir.

Qatarlar işə düşən sonra sərnişinlər Bakıdan Türkiyəyə təxminən iki günə çata biləcəklər.

XS
SM
MD
LG