Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:40

Polşanın ən amansız yazıçısı


"Yeni kitab"

Witold Gombrowicz elə bir yazıçıdır ki, xaricdə onun əsərlərini şedevr sayırlar, amma vətəni Polşada hələ də düz-əməlli tanınmır.

Əlbəttə həm də ona görə ki, ömrünün böyük hissəsini xaricdə yaşayıb. Bir müddət Polşada əsərlərinin çapına qadağa qoyulub, bir müddət isə bunu özü istəməyib.

Onun əsərləri əsasında Almaniya. Fransa, İsveçrə kimi ölkələrdə tamaşalar hazırlanıb, kitabları 30-dan çox dilə çevrilib.

Bəs niyə Polşa kimi demokratik ölkədə onun yaradıcılığına maraq böyük deyil?

Gombrowicz öz azadlığını, müstəqilliyini heç bir xalqın, cəmiyyətin, sosial qrupun maraqlarına qurban verməyən bir yazıçıdır.

Onun əsərlərində polyakların öz ənənələri, tarixlərinə hədsiz bağlanmaları, Polşa mədəniyyəti, Polşa cəmiyyətinin müxtəlif təbəqələri sərt tənqidə, sarkazma məruz qalır.

"Qanun" nəşriyyatının Azərbaycan dilində çap etdiyi "Ferdidurka" romanı da Gombrowicz-in belə amansız əsərlərindəndir.

Maraqlıdır, amma yüngül qiraət deyil.

Bu, hər şeyin dayanmadan dəyişdiyi bir əsrdə insan ruhunun, demək olar ki, yeganə etibarlı intellektual müdafiə vasitəsi olan sarkazmla dolu olan bir kitabdır.

Həm fəlsəfi povest, həm qrotesk, həm ədəbi esse, həm də lirik etirafdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG