Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:07

Fevralın 18-də Nizami Kino Mərkəzində "Bakı sübhdən günbatanadək" adlı tammetrajlı sənədli filmin təqdimatı olacaq.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, sənədli film ötən ilin avqust-sentyabr aylarında Bakıda keçirilən "Dünya sübhdən günbatanadək" layihəsi çərçivəsində hazırlanıb.

Layihəyə əsasən, dünyanın müxtəlif şəhərlərindəki kino məktəblərinin tələbə və gənc rejissorlarına silsilə seminarlar keçirilir. Bir neçə həftəlik kurs müddətində tələbələr müəllimlərin nəzarəti ilə qısametrajlı sənədli filmlər kolleksiyası üzərində birgə çalışırlar.

Nəticədə, şəhərin canlı təsviri olan 60 dəqiqəlik sənədli film ortaya çıxarılır.

Layihə indiyədək 12 şəhərdə - Minsk, Kiyev, Moskva, Pekin, Tokio (2011), Tbilisi, Yerevan, Kişinyov, Bıdqoş (2013), Bakı, İstanbul və Kəlküttədə (2014) həyata keçirilib.

Layihənin tərəfdaşları Polşanın Adam Mitskeviç və Kino institutları, TVP 2 Polşa Milli Televiziyası, Belsat kanalı, Polşa Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və “Azanfilm” studiyasıdır.

Təqdimat mərasiminə Polşadan layihənin müəllif və prodüserləri də dəvət olunublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG