Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:33

Bakı metrosunda diqqət çəkən vaqon yol ölçəndir


Fevralın 9-da bir saat intervaldan sonra Cəfər Cabbarlı stansiyasına daxil olan qatarın vaqonlarından biri. Vaqonda kondisioner, divan-kreslo, azuqə və geyim üçün rəflər var idi. Metropoliten işçiləri sərnişinlərin sözün gedən vaqona minməsinə icazə vermədi. Yükləyib: Zahid Tağı
Fevralın 9-da bir saat intervaldan sonra Cəfər Cabbarlı stansiyasına daxil olan qatarın vaqonlarından biri. Vaqonda kondisioner, divan-kreslo, azuqə və geyim üçün rəflər var idi. Metropoliten işçiləri sərnişinlərin sözün gedən vaqona minməsinə icazə vermədi. Yükləyib: Zahid Tağı

.


Bakı metrosunda görünən və sərnişinləri heyrətə gətirən vaqon yol öçəndir. Bunu AzadlıqRadiosuna Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, Bakı metrosunda yolları analiz üçün etmək istifadə olunan bu vaqon ayda bir dəfə sərnişin qatarına qoşulur:

“Əsasən bazar günləri, sərnişinlərin az olduğu vaxtlarda dörd sərnişin vaqonuna əlavə edilir. Laboratoriya vaqonda işçilərimiz olur, tunelləri yoxlayır, yolları analiz edir, sonra da depoya qayıdır. İçində stol-stul, müxtəlif analiz avadanlıqları var. Bu vaqondan sərnişinlərin istifadəsi qadağandır”.

Nəsimi Paşayevin sözlərinə görə, sərnişilərin güman etdiyi kimi vaqonda kondisioner, azuqə, divan-kreslo yoxdur.

Vaqonun şəklini AzadlıqRadiosunın “Simsiz teleqraf” rubrikasına fevralın 9-da Zahid Tağı adlı oxucu göndərib, yazıb ki, şəkli metronun Cəfər Cabbarlı stansiyasında çəkib.

Onun sözlərinə görə, bir saat intervaldan sonra perona yan alan qatarın vaqonlarından birində kondisioner, divan-kreslo, azuqə və geyim üçün rəflər var idi. Zahid yazıb ki, metropoliten işçiləri sərnişinlərin sözün gedən vaqona minməsinə icazə vermədi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG