Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:29

Lamiyə Quliyevanın uşağının atası ilə bağlı DNT analizi məlum olub


Lamiyə Quliyeva
Lamiyə Quliyeva

Həbsxanada ana olan Lamiyə Quliyevanın dünyaya gətirdiyi övladladın atasının kimliyi ilə bağlı keçirilən DNT analizinin cavabı məlum olub.

Lamiyə Quliyeva: film kimi taleyi olan şəmkirli qız

Lamiyə Quliyeva- film kimi taleyi olan şəmkirli qız

Lamiyə Quliyeva və onun nişanlısı Vüqar Əliyev 2003-cü ildə Şəmkir rayonunun keçmiş icra başçısı Aslan Aslanovun oğlunu öldürməkdə təqsirli bilinib. Məhkəmənin qərarı ilə Vüqar Əliyev ömürlük, o zaman 16 yaşı olan Lamiyə Quliyeva isə 10 müddətinə məhkum edilib.

Cəza müddəti bitənə yaxın Lamiyə Quliyeva «nəzarətçi ilə kobud davranış» ittihamı ilə yenidən 5 il 6 ay azadlıqdan məhrum olunub. O, Penitensiar Xidmətin 4 saylı Cəza Çəkmə Müəssisəsində saxlanılırdı.

Hazırda 28 yaşı olan Lamiyə Quliyeva burada nikahdan kənar ana olub. Qanunvericiliyə görə, həbsxanada nikah olmadan ər-arvad münasibətinə yol verilmir.

Mediada səslənən məlumatlara görə o, öz istəyi ilə həbsxanada bir məhbusla yaxınlıq edərək ana olduğunu bildirib.

Amma buna qədər onun başına gələnlər gənc qadının yenə də kimlərinsə təzyiqi ilə bu sözləri dediyinə dair şübhələr yaradıb.

Bu haqda Penitensiar Xidmətin rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov fevralın 10-da məlumat verib. Amma o, uşağın atasının kimliyi barədə heç bir məlumat verməyib. Yaşar İsakov APA agentliyinə bildirib ki, analizin cavabı aidiyyatı orqanlara təhvil verilib.

Həbsxanda məhbus qadının uşaq dünyaya gətirməsi ona avtomatik azadlığa buraxılmaq hüququ verməsə də onun vəziyyətini yaxşılaşdırır. Yerli mediada onun həbsxanada zorlanması ehtimalı barədə çoxsaylı ehtimallar səslənir.

Penitensiar Xidmət isə öz istəyi ilə ana olması ilə bağlı Lamiyə Quliyevanın adından məlumat yaymışdı. Xəbərdə deyilirdi ki, o, həbsdə olan bir şəxslə görüşüb. Amma həbsxana şəraitində bu cür qanunsuz işin necə baş verdiyi də hələlik bir dəstə suallar yaradır.

Lakin, qanunvericiliyə görə, həbsxanada nikahdanklənar ana olmaq qadağan olunur. Körpənin atasının kimliyi ilə bağlı mətbuatda müxtəlif fikirlər səsləndirilmişdi. Bundan sonra körpənin atası olduğu ehtimal olunan şəxsdən DNT nümunələri götürülmüşdü.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG