Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:43

Avropa Birliyinin təmsilçisi Qarabağa dəvət edilib


Qarabağdakı reməni rejiminin özünü xarici işlər naziri adlandıran təmsilçisi Karen Mirzoyan Avropa Birliyinin Cənubi Qafqaz üzrə təmsilçisi Herbert Salber-lə Yerevanda görüşərkən. Yerevan, 10 fevral 2015
Qarabağdakı reməni rejiminin özünü xarici işlər naziri adlandıran təmsilçisi Karen Mirzoyan Avropa Birliyinin Cənubi Qafqaz üzrə təmsilçisi Herbert Salber-lə Yerevanda görüşərkən. Yerevan, 10 fevral 2015

-

“Bu görüş barədə Azərbaycan tərəfin əvvəlcədən xəbəri vardı. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilər də Azərbaycan Respublikasının vətəndaşlarıdırlar”.

Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin Ermənistanda qondarma Dağlıq Qarabağ Respublikasının xarici işlər naziri Karen Mirzeyan ilə görüşünə münasibət bildirərkən belə deyib.

XİN-n mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyir ki, Herbert Salberin rəhbərlik etdiyi nümayəndə heyəti 2014-cü ilin oktyabrında da Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşüb. Onların münaqişənin həllinə dair baxışlarını dinləyib.

“Azərbaycan tərəfi dəfələrlə vurğulayıb ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icması arasında təmaslar olmalıdır. Avropa İttifaqı bu təmasların təşviq edilməsində öz rolunu oynaya bilər” deyə Hikmət Atayev bildirib.​

Ermənistan mediasının xəbərinə görə Herbert Salber fevralın 10-da Yerevanda Qarabağdakı erməni rejiminin təmsilçilərindən olan Karen Mirzoyan-la görüşüb. Görüşdə Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsinin hazırkı vəziyyəti müzakirə edilib.

Karen Mirzoyan Avropa İttifaqının təmsilçisini işğal altında olan Qarabağa dəvət edib.

Erməni silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafında 7 rayonu 1990-cı illərin əvvəllərində silahlı münaqişə nəticəsində zəbt edib. Tərəflər 1994-cü ildə atəşkəs razılaşması imzalasalar da tez-tez bir-birini atəşkəsi pozmaqda ittiham edirlər. Sülh danışıqları hələ başa çatmadığından Bakı beynəlxalq təşkilatların təmsilçiləri və xarici ölkələrin vətəndaşlarının da separatçı rejimlə hər hansı təmaslarına qarşı çıxır, Bakının razılığı olmadan bu rejimin nəzarəti altında olan Azərbaycan torpaqlarına səfər edənlərə viza qadağaları tətbiq edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG