Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:37

.

Neftin qiymətindəki son sıçrayış "yalançı artımdır", tezliklə neftin barelinin qiyməti 20 dollaradək düşə bilər. Bloombergin xəbərinə görə bu barədə Citigroup maliyyə korporasiyası bazar ertəsi yaydığı hesabatda bu barədə bildirib.

ÇƏNLƏR AĞZINACAN DOLUDU

Citigroup-un təmsilçisi Edward Morse yazır ki, son həftələrdə neftin qiymətini artıran qlobal xərclərin azalmasıdır. O biri yandan da həm ABŞ-da, həm də Rusiyada neft istehsalı artmaqdadır. Səudiyyə Ərəbistanı, İraq və İran da bazardakı paylarını saxlamağa çalışırlar. Beləliklə, bazar həddən artıq təchiz olunub, anbarlarda çənlər ağzınacan neftlə doludur.

Edward Morse hesab edir ki, bu ilin üçüncü rübünədək istehsalda azalma görünmür.

Hesabat müəllifləri həmçinin qeyd edirlər ki, hazırda bareli 52 dollara satılan West Texas Intermediate Crude nefti "bir müddətə" 20 dollaradək düşə bilər. ABŞ-ın şist nefti inqilabı OPEC-in qiymətlərlə manipulyasiyasını, neft ölkələrinin maksimum qazanc götürməsini əngəlləyib.

BU DƏFƏ BAŞQA MƏSƏLƏ

Edward Morse yazır: "Çətin ki, OPEK köhnə biznesinə qayıda bilsin. Təhlilçilərin çoxu əvvəlki bazar böhranlarında "OPEC-in sonunu" görsələr də, bu dəfə məsələ başqa cür ola bilər".

Citigroup 2015-ci ildə ikinci dəfədir ki, Brent markalı xam neftin illik qiymət proqnozunu azaldır. Hesabata görə, 45-55 dollar arası qiymətlər davamlı deyil. Dördüncü rübdə barelin qiyməti 75 dollara qayıda bilər. Bu il barelə görə orta qiymətin 54 dollar olacağı gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG