Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:55

-

Bakı sakinləri şəhərin mərkəzi stansiyası sayılan «28 May» metrosuna girişin hələ də bağlı qalmasından narazıdırlar. Təmir işləri aparıldığından 2013-cü il iyulun 1-dən Bakı Metropoliteninin «28 May» metrostansiyanın giriş və çıxış qapıları bağlanmışdı. Həmin gündən sərnişinlər stansiyaya giriş-çıxış üçün uzun məsafə qət edib, «Cəfər Cabbarlı» metrostansiyanın keçidindən istifadə etməyə başlayıb. Sakinlər bildirir ki, bir neçə aylıq yenidənqurma işlərindən sonra stansiyanın çıxışı istifadəyə verilsə də, giriş bu günə kimi bağlı qalıb.

TAĞI ƏHMƏDOVUN VAXTINDANQ BAĞLI QALAN QAPILAR...

Bakı sakini Emil Nəsirov deyir ki, işə gəlib-getməkl üçün hər gün «28 May» metrostansiyasından istifadə edir. O bildirir ki, işə gələrkən çıxışdan normal istifadə edə bilsə də, evə qayıdanda stansiyaya çatmaq üçün 350-400 metr artıq məsafə qət etməli olur:

«İki ilə yaxındır ki, metronun çıxış qapısı hələ də açılmayıb. Giriş qapıları təmirdən bir müddət sonra açıldı, çıxış qaldı. Metropolitenin keçmiş rəhbəri Tağı Əhmədovun vaxtından bu günə kimi hələ də çıxış bağlıdır. Məcbur qalıb çıxış üçün «Cəfər Cabbarlı» stansiyasındakı keçiddən istifadə etməli oluruq. Bunun üçün də uzun məsafə qət etmək lazım olur. Uzun bir tuneldi, onu keçməlisən ki, «28 May»dan keçən qatarlara minə biləsən. Sərnişinlər hər gün o əziyyəti çəkirlər. «Cəfər Cabbarlı» keçidində hər gün sıxlıq, basabas yaranır, giriş-çıxış imkanları məhdudlaşır. Əgər, təmir işləri başa çatıbsa, giriş qapısı açıqdırsa, çıxış niyə bağlı qalıb? Təmir gedirsə, hər iki qapı bağlı qalmalıdır. Hər gün eyni əzab-əziyyəti çəkirik».

«ARAYA SALIB RƏSULZADƏNİN BARELYEF GÖTÜRDÜLƏR»

Arxiv fotosu

Arxiv fotosu

Emil Nəsirov deyir ki, problemlə bağlı metropoliten rəhbərliyinə müraciət olunsa da nəticəsi olmayıb:

«Stansiyanın ətrafında hər zaman qələbəlikdi. Böyük ticarət mərkəzi, Neft Akademiyası burada yerləşir. Tələbələrin hər gün istifadə etdiyi stansiyadır. Ona görə də narazılıq tez-tez olur. Ancaq, narazılığı kimə yönəltmək lazım olduğunu bilmirlər. Metropoliten bunu yeidənqurma ilə əlaqələndirir və hər dəfə elan edirlər ki, tezliklə açılacaq. Ama, hələlik bir nəticə yoxdur. Vətəndaş kimə müraciət edəcəyini bilmir. Təmir işlərinin vətəndaşa heç bir xeyri olmadı. Təmirdən əvvəl M.Ə.Rəsulzadənin barelyefi var idi, təmirdən sonra araya salıb onu da götürdülər. Yəni, qazanc bu oldu».

GİRİŞİN NƏ VAXT AÇILACAĞI MƏLUM DEYİL...

«28 May» metrostansiyası çıxışının nə vaxt açılacağı sualı ilə bağlı AzadlıqRadiosu Bakı Metropoliteni QSC ilə əlaqə saxlayıb. Metropolitendən bu məsələ ilə bağlı açıqlama verə bilməyəcəklərini bildiriblər.

Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bir müddət öncə mətbuata açıqlamasında stansiyanın girişinin açılma tarixinin hələlik məlum olmadığını bildirmişdi.

Metropolitenin saytında da bununla bağlı hər hansı məlumata rast gəlmək mümkün olmadı.

Günün bütün mövzuları

XS
SM
MD
LG