Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:28

Ukraynanın şərqindəki Kramatorsk şəhəri qrad qurğularından atəşə tutulub.


 Kramatorsk, Fevral 10, 2015

Kramatorsk, Fevral 10, 2015

Kiyevin nəzarətində olan Donetsk regional administrasiyasından verilən məlumata görə,şəhər rusiyapərəst separatçıların nəzarətində olan Horlovka məntəqəsindən atəşə tutub .Bu qəsəbə Kramatorskn 50 kilometrliyində yerləşir.

Məlumatlara görə mərmilərdən bir necəçi yaşayış binalarına düşüb. Yerli rəsmilər azı 5 nəfərin öldüyünü, 26 adamın yaralandığını deyirlər.

Məlumatı Ukrayna prezidenti Petro Poroshenko da təsdiqləyib. O fevralın 10-da parlamentdə çıxış edərkən mərmilərdən birinin şəhərdəki hərbi qərargaha düşdüyünü deyib.

Separatçıların lideri Aduard Basurin isə şəhərin separatçılar tərəfindən atəşə tutulmadığını deyir.

ABŞ-ın Ukraynadakı səfiri Geoffrey Pyattbu hücumu pisləyib.

Tərəflər yeni ərazilər zəbt etdiklərini deyirlər

Azov batalyonu Mariupol ətrafındakı bir neçə kəndin ələ keçirildiyini və separatçıların liman şəhəri olan Azovdan sıxışdırıldığını xəbər verir. Onlar bu məlumatı sosial mediada yayıb.

Separatçıların hərbi nümayəndəsi Eduard Basurin isə Ukrayna ordusunun nəzarətində olan Debaltseve şəhərinin mühasirəyə alındığını və şəhərin əsas magistral yolla əlaqəsinin kəsildiyini xəbər verir.

ABŞ Ukraynaya silah göndərsə Rusiya buna diplomatik yolla cavab verəcək.

“Əgər ABŞ Ukraynaya silah göndərmək qərarına gəlsə, Rusiya buna yəqin ki, hərbi yox, diplomatik yolla cavab verəcək”.

TASS-ın məlumatına görə, bunu Rusiya Təhlükəsialik Şurasının sədri Nikolai Patrushev deyib.O bildirib ki, ABŞ-ın Ukraynaya hərbi yardımı Ukraynanın şərqindəki münaqişəni daha da kəskinləşdiriəcək.

ABŞ prezidenti Barack Obama bundan əvvəl bəyan edib ki, əgər diplomatiya işləməsə Vaşinqton Kiyevə müdafiə xarakterli döyüş silahları verilməsinin mümkünlüyünə baxacaq.

O fevralın 9-da Vaşinqtonda Almaniyanın kansleri Angela Merkellə keçirdiyi birgə mətbuat konfransında Rusiyanı bir daha münaqişənin həlliylə bağlı Minsk razılaşmasının bütün şərtlərini pozmaqda günahlandırırb. Amma qeyd edib ki, münaqişənin diplomatik yolla həlli hələ ki, mümkündür.

Fevralın 11-də Minskdə 4 tərəfli görüş gözlənilir.

Fevralın 11-də Minskdə Ukrayna, Rusiya, Fransa və Almaniya liderlərinin görüşü nəzərdə tutulur. Məqsəd münaqişənin dinc yolla həllinə nail olmaqdır.

Almaniyanın kansleri Angela Merkellə Fransa prezidenti Frasua Olland bundan əvvəl, fevralın 5 və 6-da Moskva və Kiyevdə danışıqlar aparıblar.

Merkel bundan sonra Vaşinqtona, ordan isə Kanadaya yollanıb.

ABŞ, NATO və Avropa Birliyi Rusiyanı Ukraynanın şərqindəki separatçıları silah və canlı qüvvələrlə təmin etməkdə günahlandırır.

Rusiya ittihamı rədd edir.

XS
SM
MD
LG