Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:31

-

«Azərenerji» ASC-nin tabeliyində olan müəssisələrdə işçilərin ixtisarına başlandığı bildirilir.

Fevralın əvvəlindən başlayaraq İmişli Elektrik Şəbəkəsində 21 işçinin tutduğu vəzifədən kənarlaşdırıldığı deyilir. Bu deyilənləri adlarının çəkilməsini istəməyən işdən çıxarılan da təsdiq edib.

Yaxın günlərdə isə daha 15 nəfərlə bağlanılmış əmək müqaviləsinə xitam veriləcəyi gözlənilir. Eyni prosesin ölkənin bütün bölgələrini əhatə etdiyi söylənir.

AzadlıqRadiosuna danışan energetiklər bildirir ki, «Azərenerji» ASC-nin regional müəssisələrinin ləğvi, birləşməsi, yenidən təşkili əmək hüquqlarının kobud surətdə pozulması ilə müşayiət olunub. Onların dediyinə görə, burada işləyənlərin əksəriyyəti ilə əmək müqaviləsi 1 il müddətinə bağlanılıb. İşdən kənarlaşdırma üçün gətirilən əsas da müqavilə müddətinin bitməsidir.

Qanuna görə, bir müəssisədə 5 ildən artıq müddətdə işləyənlər əmrlə daimi işə götürülməlidir. Amma 8-10 il, hətta bundan da çox işləyənlərlə də müddətli müqavilə bağlanılıb. Tez-tez həyata keçirilən struktur dəyişikliyi zamanı işçilər öz ərizəsi ilə işdən kənarlaşdırıldığından yeni yaradılan müəssisədə əmək fəaliyyəti sıfırdan hesablanıb. İşdən çıxarılanlar bildirir ki, müqaviləni imzalayanda, onun məzmunu ilə tanış olmayıblar- onları ağ kağıza qol çəkdiriblər.

Mütəmadi etdiyimiz zənglərə cavab verilmədiyindən «Şirvan Regional Elektrik Şəbəkəsi» MMC-dən bu deyilənlərə münasibət öyrənmək mümkün olmadı.

XS
SM
MD
LG