Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:29

Gürcüstan İrandan qaz almaq niyyətindədir


Gürcüstanın Xarici İşlər və Energetika nazirləri oktyabrın 23-də İranda təbii qaz və elektrik enerjisi alınması üçün danışıqlara başlayıblar. Rusiyayla iqtisadi və siyasi münasibətləri istənilən səviyyədə olmayan Gürcüstan Rusiyadan alacağı qazın əvəzini İran və Azərbaycan qazıyla kompensasiya etməyə çalışır. Energetika naziri Nika Gilauri Gürcüstan mediasına verdiyi açıqlamalarda bildirib ki, əgər İranla danışıqlar uğurlu bitərsə, İrandan alınacaq qazın Azərbaycan ərazisi ilə nəqli üçün Azərbaycanla danışıqlara başlanacaq.


Ötən qışda-Rusiyadan Gürcüstana qaz nəqliylə bağlı problem yarandığında Gürcüstan qısa müddət ərzində İrandan qaz almışdı. O zaman İran qazı-Azərbaycanın enerji sisteminə vurulur-əvəzində isə Azərbaycan özü eyni miqdarda qazı Gürcüstana ötürürdü. Azərbaycan tərəfi həmin vaxtı bildirmişdi ki, İrandan Gürcüstana qaz nəql eləmək üçün magistral kəməri olsa da, aşağı təzyiq üzündən İrandan alınan qazı birbaşa Gürcüstana ötürmək iqtisadi cəhətdən səmərəli olmur.


XS
SM
MD
LG