Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:03

-

Fevralın 10-da prezident İlham Əliyev «Azərişıq» Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama görə, «Bakıelektrikşəbəkə» ASC-nin adı dəyişdirilərək «Azərişıq» ASC adlandırılır.

«Azərenerji»nin indiyədək gördüyü bir iş - ölkə ərazisində istehlakçıların elektrik enerjisi ilə təminatı «Azərişıq»a ötürülür. Bu məqsədlə «Azərenerji»nin balansındakı əmlak və digər avadanlıqlar «Azərişıq»a verilir.

Sənəddə deyilir ki, «Azərişıq» Azərbaycan ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirməli, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini yerinə yetirməlidir.

Bundan başqa, Nazirlər Kabineti «Azərenerji» və «Azərişıq»ın yeni nizamnamələrinin və strukturlarının layihələrini hazırlayıb prezidentə təqdim etməlidir.

Yeni qurumun rəhbəri «Bakıelektrikşəbəkə»nin keçmiş rəhbəri Balababa Rzayev təyin edilib. (AzərTAc)

Günün bütün mövzuları

XS
SM
MD
LG