Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:16

«Aİ Azərbaycan, Gürcüstan və Ermənistana fərqli yanaşsın»


Azərbaycan-AB

Azərbaycan-AB

-

Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının iştirakçıları olan Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus və Moldova Brüsseldən nə istəyirlər? Bəs, Brüsselin bu ölkələrdən gözləntiləri nədir?

RİQA SAMMİTİ GƏLİR

Britaniyada yerləşən müstəqil araşdırmaçı qrup – Xarici Siyasət Mərkəzi fevralın 10-da yaydığı nəşrdə bu suallara cavab tapmağa çalışıb. Mərkəz 2015-ci ilin mayında Riqada keçiriləcək sammit ərəfəsində Avropa İttifaqı ilə adıçəkilən ölkələr arasındakı münasibətlərin incəliklərini araşdırır.

«Qonşuluqda problem var? Aİ-nin Şərq Tərəfdaşlığının gələcəyi» adlı nəşrdə İttifaqın regiona dair siyasətinin əsas seqmentləri, o cümlədən Dərin və Hərtəfərli Azad Ticarət Zonaları (DCFTA), viza rejiminin sadələşdirilməsi, islahat layihələrinin və siyasi iştirakçılığın maliyyələşdirilməsi məsələləri nəzərdən keçirilir. Həmin siyasi vasitələrin regiona uzunmüddətli sabitlik, tərəqqi və demokratiya gətirib-gətirməyəcəyi, bu vasitələrin həmin ölkələrin ekspertləri tərəfindən necə qəbul edildiyi araşdırılır.

AZƏRBAYCAN YAYINIR

Tərəfdaş ölkələrin müxtəlif istiqamətlər üzrə irəlilədikləri vurğulanır; Ukrayna, Moldova və Gürcüstanın Avropa İttifaqına, Azərbaycanın hansısa başqa bir tərəfə, Ermənistan və Belarusun isə Rusiyaya istiqamət götürdüyü qeyd olunur. Buna görə də, Şərq Tərəfdaşlığına artıq «3-1-2» formatında, yəni differensasiyalı yanaşmağın vaxtının gəlib çatdığı bildirilir. Bu formatın da məğzi ondan ibarətdir ki, Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri üçün eyni məqsəd güdsə də, həmin ölkələrin prioritetləri heç də eyni deyil.

Sənəddə Avropa İttifaqı, Ukrayna, Moldova, Azərbaycan, Gürcüstan və Ermənistandan olan ekspertlərin tərəfdaşlığın əsas məqamlarına dair rəyləri və tövsiyələrinə də yer verilir. Tövsiyələr arasında xüsusilə aşağıdakılar qeyd olunur:

TÖVSİYƏLƏR

* Ukraynada makroiqtisadi sabitliyə və struktur islahatlarına Aİ-nin maliyyə yardımının artırılması. Ölkənin şərqində münaqişə davam etdiyi müddətdə Rusiyaya tətbiq olunan sanksiyaların qüvvədə saxlanması.

* Gürcüstan və Moldova şirkətlərinin yeni DCFTA vasitəsilə Aİ bazarlarına çıxışına kömək etmək məqsədilə bu ölkələrlə sıx işlənməsi. Bununla yanaşı, münaqişələrin həllində Aİ-nin rolunun təkmilləşdirilməsi.

* Azərbaycan insan hüquqları pozuntusuna son qoyanadək onunla «Strateji Modernləşmə Tərəfdaşlığı»na hazırlıqların dayandırılması və daha sərt tədbirlərin nəzərdən keçirilməsi. Məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması və münaqişənin həlli sahələrində dəstəyin davam etdirilməsi.

* Aİ-nin Ermənistanda dövlət büdcəsinə dəstəyindən vətəndaş cəmiyyətinə yardıma keçilməsi.

* Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrində gördüyü işlərin ictimaiyyətə çatdırılması yollarının təkmilləşdirilməsi.

* Ukrayna, Gürcüstan və Moldovaya «mümkün namizəd» statusunun təklif edilməsi barədə İttifaq daxilində mürəkkəb müzakirələrə başlanması. «Mümkün namizəd» statusu müəyyən ciddi tələblərə riayət etdikləri təqdirdə və uzunmüddətli nəzarət tətbiq olunmaqla, həmin ölkələrin uzaq gələcəkdə Aİ-yə tamhüquqlu üzv olmasını nəzərdə tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG