Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:32

Ukraynanın şərqində tərəflər yeni ərazilər zəbt etdiklərini deyirlər


Foto arxiv
Foto arxiv

Ukraynanın şərqində vuruşan tərəflər yeni ərazilər zəbt etdiklərini bəyan edirlər.

Azov batalyonu Mariupol ətrafındakı bir neçə kəndin ələ keçirildiyini və separatçıların liman şəhəri olan Azovdan geri çəkildiklərini xəbər verir.

Batalyon bu məlumatı sosial mediada yayıb.

Separatçıların hərbi nümayəndəsi Eduard Basurin isə Ukrayna ordusunun nəzarətində olan Debaltseve şəhərinin mühasirəyə alındığını və şəhərin əsas magistral yolla əlaqəsinin kəsildiyini xəbər verir.

Sakinlərin əksəriyyəti şəhərdən köçürülüb.

İndiyədək Ukraynanın şərqində gedən döyüşlərdə 5300-dən çox adam həlak olub.

Ukrayna ordusunun sözçüsüAndriy Stelmakh son 24 saat ərzində ordunun mövqelərinə hücumların artdığını, 7 Ukrayna əsgərinin həlak olduğunu, 23-nün yaralandığını xəbər verir.

Fevralın 11-də Minskdə Ukrayna, Rusiya, Almaniya və Fransa liderlərinin görüşü gözlənilir.

Məqsəd münaqişənin dinc yolla həllinə nail olmaqdır.

XS
SM
MD
LG