Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:23

Sovetskidən yeni xəbər: «2015-ci il büdcəsində köçürülməyə 180 milyon ayrılıb»


Sovetskidə sökülən bir evin divarına yazılmış yazı (Foto Aida Babayeva/ www.aidababayeva.com)
Sovetskidə sökülən bir evin divarına yazılmış yazı (Foto Aida Babayeva/ www.aidababayeva.com)

-

4 ortaqlı, ümumi yaşayış sahəsi 100 kvardat metr olan evə 150 min manat təklif olunur. Amma dədə-babadan qalma bu mülkü sahibləri satmaq istəmir. Əvvəlla ona görə ki, evləri şəhərin mərkəzindədir, ikincisi burada 4 ailənin yaşamasına bir təhər şərait yaradıblar. İndi 150 min manata eyni ərazidə, 4 ailəyə ev ala bilməyəcəklərindən narahatdılar. Söhbət Sovetskidə Axundovların mülkündən gedir:

«Deyirlər ki, evimiz plana düşüb və hər kvadrat metrinə də 1 500 manat təklif edirlər. İş orasıdır ki, o mülk babamdan qaldığından 4 ailə arasında məhkəmə yolu ilə bölüşdürülüb. İndi 35-40 min manata şəhərin mərkəzində necə ev ala bilərik? Mümkün deyil. Ona görə də bu məbləğə evimizdən çıxmaq istəmirik».

«ƏSAS HARADA YAŞAYACAĞIMIZDIR»

Axundovlar Sovetskidə evlərin sahəsi az olduğundan köçmək istəməyən ailələrdən biridir. Elə baş nazirin müavini Abid Şərifov də Sovetskidən narazı vətəndaşlarla görüşdən sonra oradakı mülklərin sahəsinin azlığını bir problem kimi göstərmişdi. Bildirmişdi ki, hökumət bu məsələ üzərində çalışır.

Rəsmilər sovetskidə Bakının Baş planına uyğun park salınacağını bildirir. Sovetski sakini Ülviyyə Axundova deyir ki, hələlik sakitlikdir. Söküntü işləri müvəqqəti də olsa dayandırılıb:

“Söküntü vaxtı hər tərəf toz-torpaq idi. Yaşamaq mümkün deyildi. İndi müvəqqəti də olsa söküntü dayandırılıb. Bu da bizim xeyrimizədir. Çünki ömür boyu şəhərin mərkəzində yaşayanların birdən-birə harasa kənara köçməsi heç yaxşı deyil. Burada tək problem təklif olunan 1500 manat deyil. Elə sakin var ki, yaşayış sahəsi cəmi 20 kvadrat metrdir. Bu pula haradan ev ala bilər. Yəni, bizi verilən vəsaitdən çox harada yaşayacağımız düşündürür”.

DÖVLƏT BÜDCƏSİNDƏN SOVETSKİYƏ 180 MİLYON...

2015-ci ilin dövlət büdcəsindən Sovetskidə köçürülmə xərclərinə 180 milyon manat ayrılıb. Bu o deməkdir ki, söküntülərə yenidən başlanılacaq. Amma burada bir məqam diqqəti çəkir. Sakinlərə ödəniləcək kompensasiya artırılacaqmı, yoxsa onlara başqa seçimlər veriləcək?

2015-ci ilin dövlət büdcəsindən Sovetskidə köçürülmə xərclərinə 180 milyon manat ayrılıb. Bu o deməkdir ki, söküntülərə yenidən başlanılacaq. Amma burada bir məqam diqqəti çəkir. Sakinlərə ödəniləcək kompensasiya artırılacaqmı, yoxsa onlara başqa seçimlər veriləcək? Yasalam rayon İcra Hakimiyyətindən AzadlıqRadiosuna bildirildi ki, onlara konkret tapşırıq gəlməyib. Hətta iş dayandığından köçürülmə komissiyası da ləğv olunub. Amma büdcədə buna vəsait ayrılması işlərin bərpası deməkdir.

Baş nazirin müavini Abid Şərifov, Bakı şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbov sovetski sakinkləri ilə görüşdən sonra bir mənalı şəkildə bildirmişdilər ki, narazı sakinlər köçürülməyəcək.

SAKİNLƏR NECƏ KÖÇÜRÜLÜB?

Fuad Ağayev
Fuad Ağayev

Bakıda, özəlliklə, 2009-cu ildən söküntülərə başlanılıb. Son söküntülərlə bağlı azı 15 mülkiyyətçinin hüquqlarını müdafiə edən vəkil Fuad Ağayev fikrincə Sovetskidəki köçürülmə də əvvəlkilərdən fərqlənməyəcək:

«2009-cu ildən bəri köçmək istəyənləri də, istəməyənləri də zorla köçürüblər. İnsanlara elə şərait yaradırlar ki, məcbur olur köçməyə. Təsəvvür edin, mənzilə bitişik digər məznillər sökülür, hətta evin çardağı dağıdılır, bütün kommunal xəttlər kəsilir. Belə şəraitdə ev sahibi ailə üzvlərinin təhlükəsizliyi üçün evdən çıxmağa, ona edilən təkliflə razılaşmağa məcbur qalır».

Fuad Ağayev məhkəmədə mübahisələndirdiyi işləri Avropa Məhkəməsinə göndərib. Deyir ki, həmin işlərdən ikisi üzrə kommunikasiya başlanıb. Xutorda evi sökülən Ədalət Haqverdiyevin işi Avropa Məhkəməsi qərarını yaxın günlərdə elan edəcək.

Prezident İqamətgahının tikintisinə görə Xutorda yüzlərlə sökülən mülkdən birinin sahibi idi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG